<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Rəbbim İsa, varlığımı bu imana layiq eylə,
 Mənə olan o sevgiyə, mərhəmətə layiq.

[C1]
   Yaşayım Sözünlə, gedim Sənin izlərin ilə,
   Nurlanım Kəlamın ilə, bu Kəlama layiq.

[V2]
 Dərk eyləyim hikmətini, bilim ki, nəyə layiqsən,
 Dərk edim məhəbbətini, o, səcdəyə layiq.

[C2]
   Mənə görə qan axıdıb çarmıxda əzabla öldün,
   Doğruldum bu əzabları, olum Sənə layiq.

[V3]
 Həkk olunsun Müqəddəs surətin mənim ürəyimə,
 Söz danışım, addım atım bu surətə layiq.

[C3]
   Üz tutum dar yoluna, dözüm hər bir əzabına,
   Yetişim Padşahlığına, olum Ona layiq.</lyrics>
<title>Rəbbim İsa, varlığımı bu imana layiq eylə İL504</title>
<hymn_number>504</hymn_number>
</song>